3 nəfər xəsarət alıb

Qusar rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, "VAZ 2107" markalı minik maşını ilə "VAZ 21011" markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, "VAZ 2107" markalı avtomobilin sürücüsü, Qusar rayon sakini 50 yaşlı Murad Hüseynov və "VAZ 21011" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 29 yaşlı Eduard Hacıyevin müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə