Dənizdə batan gəncin cəsədi tapıldı

Dənizdə batan gəncin cəsədi tapıldı

Bakıda dənizdə batmış gəncin cəsədi bu gün tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə 19.07.2015-ci il tarixində Binəqədi rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) 1989-cu il təvəllüdlü Səfər Vaqif oğlu Əbdülrəhmanovun suda batması haqqında məlumat daxil olmuşdu.

S.Əbdülrəhmanovun cəsədi bu gün batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə