Səbaildə güclü yanğın VİDEO

Səbaildə güclü yanğın VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yanğın baş verib. SİA-nın mlumatına görə, Səbail rayonu Üzeyir Hacıbəyov 18 ünvanında un məmulatlarının satışı ilə məşğul olan müəssisədə baş verən yanğın zamanı xəsarət alan olmayıb. Bina sakinlərinin sözlərinə görə, müəssisənin bişirmə sexində baş verən yanğın ilk dəfədir ki, baş vermir. Bundan öncə də qısaqapanmalar olub. Lakin bu dəfə sexin havalandırma sistemində baş verən nasazlıq böyük fəlakətə yol aça bilərdi.

Qeyd edək ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Səbail və Nəsimi rayonundan yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb. Ölən və yaralanan yoxdur. Hazırda ərazidə soyutma işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə