Bələdiyyənin ərazisi yanıb

Qazax rayonunda bələdiyyənin ərazisində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, İkinci Şıxlı kəndində (rayon mərkəzindən 45 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə