2 nəfər ölümdən döndü

Bakıda daha iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Abşeron rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə