Tovuzda yanğın

"Tovuz qida məhsulları" MMC-nin ərazisində yanğın olub. Yanğın zamanı 200 kv.m sahədə quru ot, ümumi sahəsi 660 kv.m olan anbarın yanar konstruksiyaları, içərisində olan kağız yığımı 300 kv.m sahədə yanaraq yararsız hala düşüb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, gecə saatlarında Tovuz səmasını bürüyən alov sakinləri qorxuya salıb. Rayonun bir çox yerlərindən görünən güclü yanğın hazırda fəaliyyət göstərməyən "Tovuz qida məhsulları" MMC-nin ərazisində baş verib. Hadisə şahidlərinin sözlərinə görə,ətrafdakı quru otların alışması nəticəsində alov binaya da keçib. Şiddətlənən yanğını söndürmək üçün əraziyə Tovuz YMH-nın 3 avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Nəticədə alovu ram etmək mümkün olub.

Qeyd edək ki,yanğın baş verən ərazidə yaşayış evləri çox olduğundan sakinlər mənzillərinə od düşəcəyindən ehtiyyatlanıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə