69 yaşlı kişi bıçaqlandı

Gəncənin Məhsəti qəsəbəsində 69 yaşlı kişi bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən şəhər sakini Fərrux Hümbətov xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarın nayihəsinin ön divarının dəlib-keçən yarası diaqnozu ilə dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan İlqar Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə