Gəncə şəhərində yol qəza hadisəsi baş verib. SIA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus QAZ 53 markalı avtomobil 34 yaşlı şəhər sakini Kamil Nadirovun idarə etdiyi motoskletlə toqquşub. Nəticədə motoskletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına aparılıb.
Müayinə və müalicələrdən sonra sürücünün 3 barmağı ambutasiya edilib. Qəzanın səbəbləri araşdırılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB