Bakıda avtomobilləri qəsdən yandıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və "Socar Cape" şirkətinə məxsus avtomobilləri qəsdən yandıran Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB