2 nəfər suda boğuldu

Dünən Azərbaycanda iki nəfər suda boğulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 7-də Şəmkir rayonunun Seyfəli kəndində Emin Mehdiyev kanalda çimərkən, Kürdəmir rayonunda rayon sakini Ağakərim Xəlilli Sığırlı kəndində kanalda çimərkən suda boğulublar.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə