Ticarət mərkəzində yanğın

Qəbələdə böyük ticarət mərkəzi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə