Qazaxda taxıl sahəsi yanıb

Qazax rayonunda 35 ha sahədə taxıl sahəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu Aslanbəyli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ərazidə 35 ha sahədə biçilməmiş taxıl sahəsi, kənd bələdiyyəsinə məxsus ərazidə 130 ha sahədə biçilmiş taxıl sahəsi və quru ot yanıb.

Yaxınlıqdakı tikililər və yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə