Bank filialında olan basqının TƏFFƏRÜATLARI

Bank filialında olan basqının TƏFFƏRÜATLARI

Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron filialında törədilən basqının təfərrüatlarını açıqlayıb. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SİA-ya bildirib ki, filialda sürücü inkassator işləyən Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyev sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb, içəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassator H.Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq, dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə