Şəhidlər Xiyabanında özünü asdı

Şəhidlər Xiyabanında özünü asdı

Ötən gün səhər saatlarında Bakının Səbail rayonunda tələbə oğlanın meyiti asılmış vəziyyətdə tapılıb. SİA-nın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalar Əflatun oğlu Ağalarov Şəhidlər Xiyabanında şam ağacından asılıb.

Aparılan ekspert rəyi nəticəsində, şəxsin intihar etdiyi məlum olub.

Hələlik intiharın səbəbləri və ya onun hansı səbəbdən özünü öldürə biləcəyi barədə ehtimal yoxdur. Çünki meyitin üzərindən telefondan başqa heç nə tapılmayıb.

Fakta bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən şəxs Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə