Gənc oğlan suda boğulub

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m solda, nəzarət olunmayan ərazidə) 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıblar. P.Məmmədovun cəsədi batdığı yerdən, təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə