Azərbaycanda suda batan iki nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, faktlar Yevlax şəhərində Kür çayında ("Yevlax" sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) və Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən təxminən 1800 m məsafədə, nəzarət olunmayan ərazidə) qeydə alınıb. Hər iki ərazidə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB