Azərbaycanda yanğın otlaq sahələri külə döndü

Azərbaycanda yanğın otlaq sahələri külə döndü

Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədlərində 2000 ha otlaq sahələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanıb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə