Yasamal rayonunda çayxana və 2 sex yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sahibləri məlum olmayan, bir-birinə bitişik tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb.
Tikililərin qalan hissəsi yanğından mühafizə olunub
Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB