Mədəniyyət evi yanıb

Lerik rayonu, Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan ümumi sahəsi 60 kv.m olan birmərtəbəli mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, mədəniyyət evinin yaxınlığındakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə