Azərbaycanda 4,7 bal gücündə zəlzələ olub

Azərbaycanda 4,7 bal gücündə zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub. SİA-nın Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla 14:32:57-də Şamaxı rayonu ərazisində, Şamaxı-İsmayıllı istiqamətində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4,7 bal olub. 5 kilometr dərinlikdə qeydə alınan zəlzələ əhali tərəfindən hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə