Bakıda yeməkxanada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxində plastik qapı, pəncərə və yeməkxananın ətrafında 7 kv.m sahədə məişət tullantıları yanıb.
Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB