Psixoloji söhbətlə ölümdən döndü

Psixoloji söhbətlə ölümdən döndü

Psixoloji söhbətlə intihara cəhdin qarşısı alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək istəyib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə