Dünən İmişli rayonu ərazisində Araz çayında batan şəxsin meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Araz çayının Xubyarlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralı) batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb. E.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:03-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB