Nemtsovu bu silahla qətlə yetiriblər

“Makarov” tapançası killerin anasına məxsus evdən tapılıb
Nemtsovu bu silahla qətlə yetiriblər

Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tapança "Şimal" xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.

Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı "Makarov" tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə