Qaradağda yanğın

Qaradağ rayonunda inzibati binada yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirlyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə