Yanğında 1 nəfər öldü

Bakıda baş vermiş yanğın nəticəsində bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə