Bakının Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə olan bir nəfər sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB