Yanan binada "Bakı 2015" könüllüsü həlak olub

Yanan binada "Bakı 2015" könüllüsü həlak olub

Mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlər arasında "Bakı 2015" I Avropa Oyunlarının könüllüsü də olub. Avropa Oyunları Əməliyyat Komitəsindən SİA-ya verilən xəbərə görə, həlak olanlardan biri Oyunların "Alov qoruyanlar"ı komandasında yer alan Eyvazova Ülkər Hamir qızıdı.

21 yaşlı Ülkərlə yanaşı, anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlu da faciəli şəkildə dünyasını dəyişib.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu hadisədən kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə