Yanğın söndürüldü FOTOLAR-YENİLƏNİB - VİDEO

Yanğın söndürüldü FOTOLAR-YENİLƏNİB - VİDEO

Bakıda dəhşətli yanğın baş verib. SİA xəbər verir ki, hadisə Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada qeydə alınıb. Yanğına səbəb binanın fasadı göstərilir. Hadisə yerinə FHN-in əməkdaşları, həmçinin yanğınsöndürənləri, üç helikopter və təcili tibbi yardım maşınları cəlb olunub. Sakinlər və ətrafdakı insanlar evakuasiya olunublar. İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən aldığımız məlumata əsasən isə binadan 8 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə gətirilib. Onlardan 2-si uşaq, 3-ü kişi, 3-ü qadındır. Vəziyyətləri orta-ağırdır.

Bu dəqiqələrdə yanğın tam olaraq söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə