Zakir Qaralov: “Yanğının səbəbi araşdırılır” AÇIQLAMA

Zakir Qaralov: “Yanğının səbəbi araşdırılır” AÇIQLAMA

Bakıda Azadlıq prospektində baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb. SİA-nın xəbərinə görə, bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror qeyd edib ki, bu sahə üzrə ixtisaslaşmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: "Yanğına ilkin səbəb kimi binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmaması göstərilib. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Hadisəyə lazımi qiymət veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə