Yevlaxda ev yanıb

Yevlax rayonu, Xaldan kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan yardımçı tikilidə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə