FHN ata və övladlarının ölümü ilə bağlı məlumat yaydı

FHN ata və övladlarının ölümü ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçayda ata və iki övladının yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğını saat 08:26-da yanğınsöndürənlər söndürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə