Samuxda qadını ilan vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında baş verib. Rayonun Qarayeri qəsəbə sakini 44 yaşlı Cəmilə Qəhrəmanovanı yaşadığı evin zirzəmisində ilan sol qolundan sancıb. Cəmilə Qəhrəmanovanı dərhal yaxınları Samux rayon Mərkəzi xəstəxanasının avtomobili ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər. Reanimasiya şöbəsinə yerləşdirilən qadına ilk tibbi yardım göstərilib. Həkimlər xəstənin vəziyyətini stabil qiymətləndirirlər.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB