Güclü yağış fəsadlara səbəb oldu

Güclü yağış fəsadlara səbəb oldu

Bu gün gecə saatlarında Samux rayonu ərazisinə yağan güclü yağış fəsadsız ötüşməyib. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, leysan Kürqırağı kəndlərlə yanaşı Gürcüstanla həmsərhəd olan Eldar ve Burunqovaq kəndlərinə ciddi ziyan vurub. Güclü sel Qırmızı Samux kəndi ilə rayon mərkəzini birləşdirən körpünü yuyub aparıb. Sel suları, həmçinin, Lüksenburq ve Yenikənd kəndlərində fərdi yaşayış evlerinə və təsərrüfatlara ziyan vurub.

Təbii fəlakət nəticəsində insan tələfatı qeydə alınmayıb, lakin vətəndaşlara ciddi maddi ziyan deyib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirməklə yanaşı, fəsadları aradan qaldırır.

Bütün xəbərlər Facebook səhifəmizdə