Tərtərdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisəni törətdikdən sonra isə naməlum sürücü hadisə yerindən qaçıb.
Yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü, rayon sakini Sergey Mehdiyevi vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.
Tərtər rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü, rayon sakini Rövşən Mehdiyev saxlanılıb .
Qeyd edək ki, faktla bağlı Tərtər rayon prokurorluğundacinayət işi açılıb, araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB