Dənizdən meyit tapıldı

Xəzər dənizində iki meyit tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dənizdə qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə