Bakıda mağazadan oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdraəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb, aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB