Xaçmazda yanan ev söndürüldü

Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, 4 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərsindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın günorta saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə