Keçmiş məhkum yenidən həbsxanaya qayıtdı

Keçmiş məhkum yenidən həbsxanaya qayıtdı

Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə