Avtomobil dirəyə çırpıldı 3 ölü,1 yaralı

Avtomobil dirəyə çırpıldı 3 ölü,1 yaralı

Bakıda avtomobil işıq dirəyinə çırpıldı, 3 nəfər öldü, 1 nəfər yaralandı. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, aprelin 17-də saat 21:30 radələrində H.Əliyev prospektində naməlum sürücü idarə etdiyi Lerik rayon sakini Nizami Aslan oğlu Rufullayevə məxsus "Lifan" markalı avtomobilin idarəetməsini itirərək işıq dirəyinə vurub.

Nəticədə avtomobildə olanlar, Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov və 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov aldığı xəsarətdən hadisə yerində ölüb, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov KTM-yə daxil olub, vəziyyəti ağırdır.

Fakt Nizami RPİ 23-cü PB tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə