Piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, aprelin 13-də saat 06:30 radələrində, Z.Bünyadov prospektində Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Süleyman Rəsul oğlu Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə Neftçala rayon sakini, 1941-ci il təvəllüdlü Lumu Soltan qızı Soltanovanı vurub, o, hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ 17-ci PB-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB