Avtobus ağaca çırpıldı: 11 yaralı

Turistləri daşıyan avtobus ağaca çırpıldı
Avtobus ağaca çırpıldı:  11 yaralı

Rusiyanın Soçi şəhərində turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb. 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusda 32 turistin olduğu bildirilir. Qeyd olunur ki, kurort zonasına yollanan avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə