Bakının Maştağa qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Vidadi Əlimanov özünə məxsus "Mercedes" markalı avtobusun qabaq şüşəsini silərkən avtobus hərəkətə gəlib.
Nəticədə V.Əlimanov avtobusla hasarın arasında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB