Azərbaycan gömrük xidməti orqanlarının əməkdaşları avtobusda həşiş qətranı aşkar ediblər. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.
Yoxlama zamanı avtobusun salonunda ümumi xalis çəkisi 0,83 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB