Evdə yanğın

Cəlilabadda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 8 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 2 otağı 33 kv.m, eyvanın tavanı və çardağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə