Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 18:45-də Xəzər dənizində 45 km dərinlikdə, 3.3 maqnitudası ilə zəlzələ baş verib.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə