Göyçay sakininin evi yandı

Göyçay rayonunun Bığır kənd sakininin evində yanğın baş verib. Nəticədə ümumi sahəsi 288 kvadratmetr olan ikimərtəbəli dördotaqlı evin ikinci mərtəbəsi və çardağı 144 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, evin qalan hissəsi və binaya bitişik olan talvar yanğından mühafizə edilib. Yanğın saat 01:34-də söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə