Bu gün səhər saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "DAF" markalı yük maşını ilə "VAZ 2109" toqquşub.
Qəza nəticəsində minik maşınının sürcüsü 48 yaşlı Bəxtiyar Osmanov hadisə zamanı ölüb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Emin Kərimov, Şabran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB