Bakıda transformator yanıb

Bakıda transformator yanıb. SİA bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, Abşeron rayonunda yerləşən transformatorda yanğın hadisəsi qeydə alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə