Silah gəzdirmıyin sonu

Bakıda Tərtər rayon sakinindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində Tərtər rayon sakini İldırım Həsənovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə